İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei sui-qəsd nəticəsində öldürülən Höccətül-İslam Abbasəli Süleymaninin şəhadəti ilə bağlı başsağlığı verib.
Sui-qəsd olunan və bununla da aqibəti şəhadətlə nəticələnən mərhum Höccətül-İslam Hacı Şeyx Abbasəli Süleymaninin (r.ə) şəhadəti münasibətilə əziz ailəsinə, dostlarına və onu sevənlərə başsağlığı verirəm. O, Xübrəqan məclisinin üzvü və illərlə Zahidan və Kaşanın imam cüməsi olmaqla yanaşı, həmişə İslam Hökumətinə xidmət etmişdir. Allah-təaladan onun dərəcəsinin daha da artmasını və etdiyi xidmətlərini qəbul etməsini diləyirəm.
Seyid Əli Xamenei
27.04.2023