Bu görüşdə Həzrət Ayətullah Xamenei vəhdət məsələsinin İslam ümməti üçün zəruriliyindən danışıb: "Bu gün iki milyarda yaxın cəmiyyət olan və dünyanın ən mühüm və həssas coğrafi bölgələrində yerləşən İslam ümməti birləşsəydi, İslam dünyasının problemləri həll olunmağa başlayardı".
Qəsbkar İsrail rejiminin süqutundan danışan Həzrət Ayətullah Xamenei "Bu gün Allaha şükürlər olsun ki, qəsbkar sionist rejimin tədricən tənəzzülə uğramasının şahidi oluruq və tənəzzül sürəti günü-gündən artır. Bu, çox böyük bir fürsətdir",- deyə buyurdu.
Ayətullah Xamenei Fələstin xalqının müqavimətinin uğurlarla nəticələndiyini qeyd etmişdir: "Necə olur ki, hökuməti sionist rejimə bağlı olan Avropa ölkələri vətəndaşları Fələstin xalqının xeyrinə və sionist rejimin isə əleyhinə şüarlar səsləndirirlər? Bu, çox mühüm bir məsələdir. Nə üçün belədir? Bu, Fələstin xalqının müqavimətinin bərəkətidir".
O Həzrət sözlərinin davamında "Fələstin xalqının daxili müqaviməti tərəqqinin əsas amilidir. Bu müqavimət artdıqca sionist rejim daha da zəifləyəcək və faciələri bir o qədər də aşkar olacaq. Bu gün sionist rejimin düşdüyü acınacaqlı vəziyyət fələstinli gənclərin müqavimətindən irəli gəlir", -deyə demişdir.
Fələstinli mübarizlərin İslama meyillənməsi müvəffəqiyyətin açarıdır deyən o Həzrət "Fələstinin daxilində mübarizələrin tərəqqi səbəbi İslama meyildir. Bundan əvvəl fələstinli döyüşçülər arasında İslama meyildən söz belə getmirdi və buna görə də müvəffəqiyyət hasil olmurdu. Amma onların arasında İslami meyillərin meydana çıxmasından bu yana mübarizədə olan irəliləyiş bugünkü vəziyyətinə gəlib çıxdı. Düşmən bunu başa düşüb, ona görə də İslamla düşmənçilik edir. Amma bu düşmənçilik nəticə verməyəcək.
أَمْ يُرِيدُونَ كَيْدًا فَالَّذِينَ كَفَرُوا هُمُ الْمَكِيدُونَ
Onlar çalışsalar da, Allahonların bu çalışmalarını batil edəcək",-deyə vurğulayıb.
Ayətullah Xamenei müsəlmanların Qüdsdə tezliklə namaz qılacaqları ümidvarlığını bildirərək "Ümid edirik ki, xalq və gənclər dünyanın hər yerindən gələn müsəlmanların Qüdsdə azad şəkildə namaz qılacağı günü görəcəklər",-qeyd edib.
Qabaqlayıcı qüdrətin bitməsi ilə İsrail rejiminin aradan getməsini deyən Ayətullah Xamenei sözlərini bununla yekunlaşdırıb:"On illər öncə sionist rejimin əsas qurucularından biri sayılan Ben Qurion xəbərdarlıq etmişdi ki, onların qabaqlayıcı qüdrəti bitdikdə bu rejim süqut edəcəkdir. Onların qabaqlayıcı qüdrətləri artıq başa çatıb və ya bitmək üzrədir".