İslam ölkəsi olan İranın mömin xalqı bir aylıq bəndəlik və Rəbbinin dərgahına olan yalvarışın şükürü olaraq ölkənin hər yerində nümunə olunacaq və əzəmətli şəkildə Fitr bayramı namazını qılıb.
Bu bəndəlik və həmrəylik bayramının mərkəzi Tehranda olub və burada İslam İnqilabı Rəhbərinin imamlığı ilə İmam Xomeyni (r.ə) müsəllasında bayram namazı qılınıb. Bu mərasimdə Tehranın minlərlə mömin şəxsləri bu gün səhər (22.04.2023) İslam İnqilabı Rəhbərinin imamlığı ilə İmam Xomeyni (r.ə) müsəllasında Fitr bayramı namazını qılıblar.
Fitr namazından sonra çıxış edən Ayətullah Əl-Üzma Seyid Əli Xamenei, əvvəla, bütün müsəlmanları təbrik edərək buyurdu:
"Fitr bayramı münasibətilə bütün dünya müsəlmanlarına və möminlərinə təbrik deyirəm".
Ramazan ayının müxtəlif cəhətlərini açıqlayaraq
"#Ramazan ayı həm yalvarış, həm də cihad ayıdır. İslamın əvvəl illərində Bədr döyüşü və Məkkənin fəthi Ramazan ayında olub. Bu illərdə də Qüds Günü İran millətinin mübarizə günü olub və şükürlər olsun ki, digər xalqlar da bu il o hərəkəti geniş miqyasda müşayiət ediblər",- Ayətullah Xamenei qeyd etdi.
O Həzrət Qüds Gününə işarə edərək
"İranın mömin xalqı Qədr gecəsini əhya saxladıqdan bir gün sonra oruc ağızla Qüds Gününün əzəmətli, şanlı və izdihamlı yürüşünü bütün ölkə boyu ərsəyə gətirdilər və (bununla) göstərdilər ki, bunların hamısı Allahın lütf və inayətidir",-deyə buyurdu.
O, sözlərinin ardınca vəhdətin bir çox hallarda xalqın çətin və keçilməz yollarını aça bildiyini vurğuladı:
"Əlhəmdülillah, inqilabın əvvəlindən xalqımızın vəhdəti olub və bu vəhdət bir çox hallarda xalqın çətin və keçilməz yollarını aça bilib. Bu vəhdət qorunmalıdır. Düşmən İran millətinin vəhdətinə qarşıdır".
Amerikanın siyasətinə toxunan Ayətullah Xamenei
"Keçmişdə istimarçılar hərbi yollarla ölkələrə daxil olurdular. Bu gün bu taktika artıq səmərə vermir. Amerika Əfqanıstanda və İraqda təcrübə edərək gördü ki, hərbi qüvvə ilə iş qabağa getmir və beləliklə də, taktikanı dəyişməli oldular",- deyə qeyd etdi.
O Həzrət sözlərinin davamında
"Düşmənin bugünkü taktikası hiylə, təhrif, yalan, vəsvəsə, həqiqətin ziddini göstərmək, xalqları təhqir etmək, millətləri özlərinə qarşı bədbinləşdirmək, millətlərin qabiliyyət, üstünlük və parlaq tərəflərini gizlətməkdən ibarətdir. Düşmənin taktikasını bilməkdə yenilik ələ gətirmək və onu puç etməyin yollarını tapmalıyıq",- deyə buyurdu.