Biz İran xalqı və müsəlman milləti olaraq kitabla ünsiyyətimiz köklü, əsaslı və qədim bir ünsiyyətdir. Bizim kitabla tanışlığımız dünənki tanışlıq deyil (bunun keçmişi vardır). Bizim ölkənin qədim keçmişi olan böyük kitabxanaları, elmi mərkəzləri və qiymətli elmi əsərləri vardır. Xüsusilə də,İislam dini İrana gəldikdən sonra bu işlər daha da geniş yayıldı. Biz kitabla ünsiyyəti olan dərin keçmişə sahibik və əsrlər boyu mütəmadi şəkildə kitabla ünsiyyətimiz olub.