Quranla ünsiyyət yaratmaq uğurunu bizə bəxş edən Uca Allaha həmd və şükür edirik. Əgər hər hansı bir millət Quranla ünsiyyət yaradıb özünü onun mərifət atmosferində qərar verərsə, öz problemlərini həll edə bilər. Dünya müsəlmanlarının ən böyük problemi Qurandan uzaq düşmələridir. O (problemin) həlli isə Qurana üz tutmaqdır. Quran yalnız küncdə-bucaqda oxumaq üçün yox, əksinə, ona əməl edib mərifət əldə etmək üçündür. Quran İslam cəmiyyətinin öz vəzifəsini anlayıb heyrət və zülmətdən xilas olması üçündür. Quran məclisi, tilavəti və avazı onun anlayışlarına mərifət əldə etməyə müqəddimədir. Biz müsəlmanların və İslam ümmətinin işindəki böyük qüsur Qurandan dəm vurub ona əməl etməməkdir. Biz Allaha olan sevgidən danışır, amma onun dininə tabeçilik göstərmirik. (Quran buyurur:) "De: Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin". Allahı sevən kəsin sədaqəti onun peyğəmbəri və Quranına tabe olmaqdadır. Mənim əzizlərim! İran milləti hər nə qədər Qurana əməl etsə, bir o qədər də izzətə, qurtuluşa və qələbəyə yaxınlaşar. Bütün dünya xalqlarının nicatı İslama və Qurana əməl etməkdədir. Fələstinin də qurtuluş yolu budur. Bildiyiniz kimi, əlli ildir ki, Fələstində qəsbkar (İsrail rejimi) hökumət qurulub. Bu müddət ərzində müəyyən mübarizələr də aparılıb, amma tam uğur qazanılmayıb. Niyə tam uğur qazanılmayıb? Çünki bu mübarizələrdə Allah dini, İslamda deyilmiş iman və Quranın hökmü əsas götürülməmişdir. Bu gün Fələstin xalqı düşmənə qarşı İslam naminə vuruşur və bu mübarizə düşmənin sütunlarını lərzəyə gətirib. Əgər müsəlmanlar onlara kömək etsələr, şübhəsiz, bu yol (qələbə) qısalacaq. Necə ki, bu, Quranda buyurulan hamı üçün vacib bir məsələdir. Müsəlmanlar kömək etməsələr belə, Fələstin xalqı axıra qədər müqavimət göstərsə, yenə də qalib gələcək.

 

Ayətullah Əl-Üzma Seyid Əli Xamenei