Quranı əzbərləmək, ayələrinin mənalarını başa düşmək və onu sözbəsöz tərcümə etmək ərəb dilini yeni öyrənənlər üçün lazımdır. Artıq Quranın sözlərini başa düşənlərə isə onun ayələrinin mənaları üzərində ​​dərindən düşünmək zəruridir. Ərəb dilini yaxşı bilən şəxs belə, ayələrin üzərində dərindən təfəkkür etməsə, Qurandan az faydalanmış olar. Quran maarifi üzərində dərin təfəkkür gərəklidir. Onun sözü çox dərin və əzəmətlidir. Quran ayələri üzərində dərindən düşünmək lazımdır. O, pak Allahın kəlamıdır.

 

Ayətullah Əl-Üzma Seyid Əli Xamenei