Ayətullah Əl-Üzma Seyid Əli Xameneinin Quran müsabiqəsinin yekunundakı çıxışı
Quran yalnız küncdə-bucaqda oxumaq üçün yox, əksinə, ona əməl edib mərifət əldə etmək üçündür. Quran İslam cəmiyyətinin öz vəzifəsini anlayıb heyrət və zülmətdən xilas olması üçündür. Quran məclisi, tilavəti və avazı onun anlayışlarına mərifət əldə etməyə müqəddimədir. Biz müsəlmanların və İslam ümmətinin işindəki böyük qüsur Qurandan dəm vurub ona əməl etməməkdir. Biz Allaha olan sevgidən danışır, amma Onun dininə tabeçilik göstərmirik. (Quran buyurur:) "De: Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin". Allahı sevən kəsin sədaqəti onun peyğəmbəri və Quranına tabe olmaqdadır
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
30.10.2000