Batil və azğın quruluşlarda hakim sistem istər siyasi, istər insani mərkəzdən uzaq olan hər bir yerin məhrum qalmasına bais olur, hakimiyyətin mərkəzinə daha yaxın olan hər hansı şəxs və ya qurum daha artıq bəhrələnir....
Batil və azğın quruluşlarda hakim sistem istər siyasi, istər insani mərkəzdən uzaq olan hər bir yerin məhrum qalmasına bais olur, hakimiyyətin mərkəzinə daha yaxın olan hər hansı şəxs və ya qurum daha artıq bəhrələnir, uzaq olan isə təbii olaraq məhrum qalır. Əgər güc-bəla ilə özünü birtəhər ayaqda saxlaya bilsə, başqa məsələ. Bu, bütün batil quruluşlarda belədir. Şah dövründə bizdə də belə olmuşdur. Mərkəzdə heç kəsin düşünmədiyi bir məsələ vardırsa, o da məhrum bölgələrə qayğı idi. Əgər o zaman çox nadir hallarda məhrum təbəqələrin xeyrinə hansısa iş görülmüşdürsə, bu da məhrumiyyəti aradan qaldırmaqdan ötrü məhrum təbəqələrə yardım məqsədilə görülməmişdir. Məsələn, hansısa hərbi baza üçün yol salırdılar ki, amerikalılar su ilə quru arasında əlaqələri zamanı əziyyət çəkməsinlər. Yaxud beynəlxalq bir sazişə üzv ölkələri bir-birinə birləşdirmək üçün yol çəkirdilər və təbii ki, üç-dörd şəhər və kənd də o yoldan istifadə edirdi. Bəzən bir ......