İslam kişini sütun və dayaq, qadını isə zərif gül hesab edir. Bu nə qadınlara hörmətsizlikdir, nə də kişilərə, nə qadının haqqına zülmdür, nə də kişinin. Əksinə, onların təbiətinə düzgün baxışdır. Tərəzinin gözündə hər ikisi bərabərdir. Yəni zərif, gözəl, yaşam mühitinin mənəvi rahatlıq və zinət amili olan xanımı tərəzinin bir gözünə, sonra idarəçilik, iş qabiliyyəti və qadın üçün güvən mənbəyi olan kişini isə o biri gözünə qoysaq, tərəzinin hər iki tərəfi bərabər olacaq. Nə bu ondan üstündür, nə də o, bundan. 

 

Ayətullah Əl-Üzma Seyid Əli Xamenei

12.03.2000