rss https://azeri.khamenei.ir/feed/service/14877 az Ayətullah Xameneinin müqəddəs Cəmkəran məscidində iştirak etdiyi anlar https://azeri.khamenei.ir/news/6913 KHAMENEI.IR mediası "Nimeyi-Şaban" İmam Mehdinin (ə.c.) mübarək mövludu münasibətilə "Cəmkəran mehrabı" adlı klip yayımlayır. Bu klipdə İslam İnqilabı Rəhbərinin müqəddəs Cəmkəran məscidindəki iştirakı yer alır. Həzrət Ayətullah Xameneinin müqəddəs Cəmkəran məscidinə ziyarəti onun ilin müxtəlif vaxtlarında həyata keçirdiyi müntəzəm proqramlardan biridir. Yayınlanan video da bir müddət əvvəl baş tutmuş belə proqramlardan biridir. "Cəmkəran mehrabı" ifadəsi isə illər öncə İnqilab Rəhbərinin Həzrət Mehdiyə (ə.c.) ithafən yazdığı bir qəzəldən götürülüb: "Qozare ğəm del ra məgər konəm çu "Əmin" Coda ze xəlq be "Mehrabe-Cəmkəran" bi to" Fri, 14 Feb 2025 23:20:00 +0330 .. /news/6913 Allahın gələcək üçün saxladığı şəxsiyyət https://azeri.khamenei.ir/news/5795 27 iyun 1981-ci il tarixində Ayətullah Əl-Üzma Seyid Əli Xamenei Tehranın cənub bölgəsi olan məhrum məntəqələrdən birində yerləşən Əbuzər məscidinə insanların suallarına cavab verməkdən ötrü moizə etməyə gedirdi. Thu, 29 Jun 2023 14:40:00 +0330 .. /news/5795 Ərəfə günü anamın kənarında https://azeri.khamenei.ir/news/5794 Mən yeniyetməlik dövrlərimdə, yəni yenicə orta məktəbi bitirib (din) tələbəsi olduğum dövrlərdə duaya, Allaha diqqət ayırmağa və bu cür məsələlərə əhəmiyyət verirdim. mən dua, zikr, məsumlardan gələn dualar və hədislərdə gələn əməllərin əhli idim. Məsələn, yadımdadır ki, hələ həddi-büluğa çatmamışdım, amma Ərəfə gününün əməllərini yerinə yetirdim. O günün uzun-uzadı əməlləri vardır, –bilmirəm özünüz bilirsiniz, yoxsa yox. O zaman yadımdadır ki, anamla,–çünki anam dua, (Allaha) diqqət və müstəhəb əməllərin əhli idi,–həyətin kölgə düşən bir guşəsinə gedib,–evimizin balaca həyəti var idi,–oraya palaz sərərdik–, hava da isti idi. O günlər də nisbətən uzun idi. O kölgənin altında oturardıq və saatlarla Ərəfə gününün əməllərini yerinə yetirirdik. (Bu əməllərdə) həm dua, həm zikr, həm də namaz var idi. Anam bunları yerinə yetirirdi. Mən və orada olan qardaş-bacılarımın bəziləri də yerinə yetirərdik. Mənim yeniyetməlik və cavanlıq dövrüm belə idi—mənəviyyat, dua və yalvarışla olan ünsiyyət dövrü idi. Thu, 29 Jun 2023 13:20:00 +0330 .. /news/5794