rss https://azeri.khamenei.ir/feed/service/14371 az Sionist rejimin hücumundan sonra İnqilab Rəhbərinin İran xalqına üçüncü televiziya müraciəti https://azeri.khamenei.ir/news/7184 İran xalqı böyük xalqdır, İran güclü və geniş bir ölkədir, qədim bir sivilizasiyaya malikdir. Bizim mədəni və sivilizasiya sərvətimiz Amerika və onun kimilərlə müqayisədə yüzlərlə dəfə çoxdur. İranın başqa bir ölkəyə təslim olacağına ümid bəsləmək, şübhəsiz ki, ağıllı və agah insanlar üçün gülünc və yersiz bir iddiadır. İran xalqı nüfuz olunmazdır və belə də qalacaq, qalibdir və Allahın izni ilə, qalib də qalacaq. Thu, 26 Jun 2025 13:00:00 +0330 .. /news/7184 İslam İnqilabı Rəhbərinin sionist rejimin İrana təcavüzü ilə bağlı İran xalqına ünvanladığı televiziya müraciəti https://azeri.khamenei.ir/news/7179 Bağışlayan və mehriban Allahın adı ilə   İranın əzəmətli xalqını salamlayıram. Sözümün əvvəlində vurğulamaq istədiyim məsələ son günlərdə düşmənlərin ölkəmizə qarşı törətdiyi hadisə qarşısında əziz xalqımızın nümayiş etdirdiyi mövqeyə görə onu təqdir etmək və alqışlamaqdır. İran xalqı göstərdi ki, həm təmkin sahibidir, həm şücaətlidir, həm də zamanın dəyərini yaxşı bilir.   Qədir-Xum bayramı günündə xalqın dünyaya nümayiş etdirdiyi bu möhtəşəm davranış çox böyük bir hərəkət idi. Son bir neçə gündə xalqın təşkil etdiyi yığıncaqlarda, yürüşlərdə, cümə namazlarında və namazdan sonrakı yürüşlərdə fəal iştirakı – bütün bunlar İran xalqının yetkinliyini, eləcə də bu əziz xalqımızda ağıl və mənəviyyat, şücaət və zamanın düzgün qiymətləndirilməsinin bir araya gələrək vəhdət təşkil etdiyini göstərdi. Allaha şükür edirəm ki, bu mömin xalqı həm mənəvi, həm də maddi imkanlar baxımından bu səviyyəyə çatdırıb.   Bu məqamda televiziyanın xanım aparıcısının düşmən hücumu qarşısında sərgilədiyi gözəl və dərin mənalı davranışı qeyd etməyi zəruri sayıram: “Allahu-Əkbər” demək və bir növ xalqın güc və qüdrətini bütün dünyaya nümayiş etdirməklə tarixə düşəcək və çox dəyərli bir hadisə baş verdi.   İkinci məsələ budur ki, sionist rejimin ölkəmizə qarşı axmaqcasına və xəbiscəsinə hücumu belə bir vaxtda baş verdi ki, dövlət rəsmiləri amerikalı tərəflə dolayı və birbaşa olmayan danışıqlarla məşğul idilər. İran tərəfindən heç bir əlamət yox idi ki, bu, hərbi və ya sərt və kəskin bir addımın atılacağından xəbər versin.   Əlbəttə, əvvəlcədən də ehtimal edilirdi ki, bu xəbiscəsinə hücumda sionist rejim tək deyil və Amerika da bu planın içindədir, lakin bu son günlərdə amerikalıların dediyi sözlər bu ehtimalı gündən-günə daha da gücləndirir.   İran xalqı necə ki indiyədək təhkim edilmiş müharibə qarşısında möhkəm dayanıb, eləcə də təhkim edilmiş sülh qarşısında da möhkəm dayanacaq. İran xalqı təhkim qarşısında heç kəsə təslim olmaz.   Mən düşüncə, söz və qələm sahiblərindən, xüsusilə də beynəlxalq ictimaiyyətə çıxış imkanına malik olan şəxslərdən gözləntim var ki, bu anlam və məfhumları bəyan və təbyin etsinlər, bunları müxatəblərə aydın şəkildə çatdırsınlar, düşmənin aldadıcı təbliğatı ilə həqiqəti əksinə göstərməyə imkan verməsinlər.   Sionist düşmən böyük bir səhvə yol verib, böyük bir cinayət törədib və mütləq şəkildə cəzalandırılmalıdır və hal-hazırda da cəzalandırılır. İran xalqı və Silahlı Qüvvələrimizin bu xəbis düşmənə qarşı həyata keçirdiyi və keçirməkdə olduğu, gələcək üçün də nəzərdə tutduğu cəza çox ağırdır və bu, artıq onu zəifləməyə düçar edib. Məhz amerikalı dostlarının səhnəyə daxil olması və çıxışlar etməsi də onun zəifliyi və acizliyinin bir göstəricisidir.     Sonuncu məsələ də budur ki, son vaxtlar Amerika Prezidenti hədələyici dillə danışmağa başlayıb və bizi hədələyir. Həm hədələyir, həm də qəbulolunmaz və bayağı ifadələrlə İran xalqına açıq şəkildə deyir ki, gəlin mənə təslim olun! İnsan bu kimi sözləri görəndə, doğrudan da, təəccüblənir. Əvvəla, hədə-qorxunu elə adama edərlər ki, onların hədəsindən qorxsun. İran xalqı sübut edib ki, təhdid edənlərin təhdidləri qarşısında qorxuya düşmür. Ayədə buyurulur: “Süstləşməyin və kədərlənməyin! Əgər möminsinizsə, üstün olan sizsiniz” (“Ali-İmran”, ayə 139). İran xalqının buna etiqadı var. Təhdid İran xalqının davranışına və düşüncəsinə heç bir təsir göstərmir. İkincisi, İran xalqına “Gəlin təslim olun” demək ağıllı söz deyil. İranı, onun xalqını və tarixini tanıyan ağıl sahibləri heç vaxt belə bir sözü dilə gətirməzlər. Nəyə təslim olsunlar? İran xalqı təslim olan deyil. Biz heç kimə hücum etməmişik və heç bir halda heç kimin təcavüzünü də qəbul etmərik, heç kimin təcavüzü qarşısında təslim olmarıq. Bu, İran xalqının məntiqidir, bu, İran xalqının ruhiyyəsidir.   Əlbəttə, amerikalılar və bu bölgənin siyasətilə tanış olanlar bilirlər ki, Amerikanın bu məsələyə müdaxiləsi yüz faiz onun ziyanına olacaq. Bu zəmində o, İrana mümkün dəyə biləcək zərərdən qat-qat artıq zərər görəcək. Əgər Amerika bu sahədə hərbi müdaxiləyə əl atsa, onun görəcəyi zərər, heç şübhəsiz, bərpası mümkün olmayan bir zərər olacaq.   Mən əziz xalqımıza deyirəm ki, bu mübarək ayəni hər zaman yadınızda saxlayın. Şükürlər olsun, həyat normal axarında davam edir. Qoymayın düşmən elə hiss etsin ki, siz ondan qorxursunuz, zəiflik hissi keçirirsiniz. Əgər düşmən sizin ondan qorxduğunuzu hiss etsə, daha yaxanızı buraxmayacaq. Bu günə qədər necə davranırdınızsa, elə həmin formada da güclü şəkildə davam edin. Xidmət sahələrində çalışanlar, xalqla ünsiyyətdə olanlar, təbliğat və təbyin işi aparanlar işlərini güclü şəkildə davam etdirsinlər və Allah-təalaya təvəkkül etsinlər. “Kömək yalnız yenilməz və hikmətli Allahdandır” (“Ali-İmran”, ayə 126). Allah-təala İran xalqını, həqiqəti və haqqı mütləq və qəti şəkildə qalib edəcək, inşəallah.   Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun 18.06.2025 Wed, 18 Jun 2025 22:20:00 +0330 .. /news/7179 İslam İnqilabı Rəhbərinin sionist rejimin İrana təcavüzü ilə bağlı İran xalqına ünvanladığı televiziya müraciəti https://azeri.khamenei.ir/news/7081 Əgər Amerika bu sahədə hərbi müdaxiləyə cəhd edərsə, ona vurulacaq zərər, şübhəsiz ki, bərpaolunmaz olacaq. Wed, 18 Jun 2025 14:00:00 +0330 .. /news/7081 Biz onlarla heç bir güzəştə getməyəcəyik https://azeri.khamenei.ir/news/7075 Bağışlayan və mehriban Allahın adı ilə Əziz və böyük millətimizə salamımı çatdırıram. Əziz generalların, alimlərin və eləcə də bir sıra mülki vətəndaşların şəhadəti, hərçənd hamımız üçün ağırdır, bu münasibətlə İran xalqına və onların ailələrinə həm təbrik, həm də başsağlığı verirəm. Ümid edirik ki, inşallah, Allah-təala onların məqamını yüksəltsin və pak ruhlarını öz xüsusi mərhəmətinə şamil etsin. Lakin əziz millətimizlə bölüşmək istədiyim məsələ budur ki, sionist rejim böyük bir səhvə yol verdi, qələt etdi və bunun nəticələri, Allahın izni ilə, onları aciz duruma salacaq. İran xalqı öz dəyərli şəhidlərinin qanını yerdə qoymayacaq, ölkəsinin hava məkanına edilən təcavüzə göz yummayacaq. Silahlı qüvvələrimiz tam hazır vəziyyətdədir və ölkə rəsmiləri, xalqın bütün təbəqələri onların arxasındadır. Bu gün ölkənin bütün siyasi cərəyanları və müxtəlif təbəqələri oxşar mövqedən çıxış etdilər. Hamı dərk edir ki, bu xəbis kimliyə malik olan rəzil və terrorist sionistə qarşı qüdrətlə hərəkət etmək lazımdır. Qüdrətlə hərəkət edilməlidir və inşallah, belə də olacaq. Biz onlarla heç bir güzəştə getməyəcəyik. Onlar üçün həyat, şübhəsiz, acı olacaq. Xeyr, elə düşünməsinlər ki, vurdular və bununla da bitdi. Xeyr. Bu işi onlar başladılar və müharibəyə yol açdılar. Biz onlara bu böyük cinayətdən sonra salamat çıxmağa imkan verməyəcəyik. Şübhəsiz, İran İslam Respublikasının Silahlı Qüvvələri bu xəbis düşmənə ağır zərbələr endirəcək. Xalq da bizim arxamızdadır, Silahlı Qüvvələrin yanındadır və İran İslam Respublikası, Allahın izni ilə, sionist rejim üzərində üstünlük qazanacaq. Əziz xalqımız bu məsələni bilməli, əmin və xatircəm olmalıdır ki, bu sahədə heç bir səhlənkarlığa yol verilməyəcək. Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.   13.06.2025 Seyid Əli Xamenei Fri, 13 Jun 2025 21:30:00 +0330 .. /news/7075 İslam İnqilabı Rəhbərinin rəzil sionist rejimin İran torpağına xain hücumundan sonra etdiyi televiziya müraciəti https://azeri.khamenei.ir/news/7068 Biz onlarla heç bir güzəştə getməyəcəyik. Onlar üçün həyat, şübhəsiz, acı olacaq. Xeyr, elə düşünməsinlər ki, vurdular və bununla da bitdi. Xeyr. Bu işi onlar başladılar və müharibəyə yol açdılar. Fri, 13 Jun 2025 20:30:00 +0330 .. /news/7068 İslam İnqilabı Rəhbəri General-leytenant Hüseyn Salaminin şəhadəti münasibətilə verdiyi fərmanla General-polkovnik Məhəmməd Pakpuru İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı vəzifəsinə təyin etdi https://azeri.khamenei.ir/news/7067 General-polkovnik Əli Şadmani, General-leytenant Qülaməli Rəşidin mənfur sionist rejim tərəfindən qürurverici və başıuca şəhədətini, həmçinin sizin ləyaqətiniz və dəyərli təcrübələrinizi nəzərə alaraq, sizə General-polkovnik rütbəsi verilməklə sizi Xatəmül-Ənbiya (s) Mərkəzi Qərargahının komandanlığına təyin edirəm. Fri, 13 Jun 2025 12:48:00 +0330 .. /news/7067 İslam İnqilabı Rəhbəri General-leytenant Qülaməli Rəşidin şəhadəti münasibətilə verdiyi fərmanla General-polkovnik Əli Şadmanini Xatəmül-Ənbiya (s) Mərkəzi Qərargahının komandiri vəzifəsinə təyin etdi https://azeri.khamenei.ir/news/7066 General-polkovnik Əli Şadmani, General-leytenant Qülaməli Rəşidin mənfur sionist rejim tərəfindən qürurverici və başıuca şəhədətini, həmçinin sizin ləyaqətiniz və dəyərli təcrübələrinizi nəzərə alaraq, sizə General-polkovnik rütbəsi verilməklə sizi Xatəmül-Ənbiya (s) Mərkəzi Qərargahının komandanlığına təyin edirəm. Fri, 13 Jun 2025 12:39:00 +0330 .. /news/7066 İslam İnqilabı Rəhbəri General-leytenant Məhəmmədhüseyn Baqirinin şəhadəti münasibətilə verdiyi fərmanla General-polkovnik Seyid Əbdürrəhim Musəvini Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin etdi https://azeri.khamenei.ir/news/7065 General-polkovnik Seyid Əbdürrəhim Musəvi, Məhəmmədhüseyn Baqirinin sionist rejim tərəfindən qürurverici və başıuca şəhədətini, eləcə də sizin dəyərli xidmətləriniz və zəngin təcrübənizi nəzərə alaraq, sizi Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edirəm. Fri, 13 Jun 2025 12:30:00 +0330 .. /news/7065 İslam İnqilabının Ali Rəhbərinin bu gün sübh çağı Sionist rejimin cinayəti ilə bağlı İranın böyük xalqına müraciəti https://azeri.khamenei.ir/news/7064 İran İslam Respublikası Silahlı Qüvvələrinin güclü əli, Allahın izni ilə, onu rahat buraxmayacaq. Fri, 13 Jun 2025 07:19:00 +0330 .. /news/7064 İnqilab Rəhbərinin Allah evinin zəvvarlarına mesajı https://azeri.khamenei.ir/news/7056 Bu dəvəti eşitmək lazımdır. Qəlbi, zahiri və batini gözləri açmaq lazımdır. Bu dərsləri öyrənmək və onlardan faydalanmaq üçün iradəni möhkəmləndirmək lazımdır. Hər kəs öz gücü ölçüsündə bu yolda addım ata bilər; alimlər, ziyalılar, siyasi və ictimai mövqeyə sahib olanlar isə digərlərindən daha artıq məsuliyyət daşıyırlar. Thu, 05 Jun 2025 09:34:00 +0330 .. /news/7056 İslam İnqilabı Rəhbərinin Şəhid Rəcai adına Bandər-Abbas limanındakı hadisə ilə bağlı mesajı https://azeri.khamenei.ir/news/7011 Mən bu acı hadisədə həyatını itirənlərə Allahdan rəhmət və bağışlanmaq, onların müsibətə düçar olmuş ailələrinə səbir və ruhi aramlıq, yaralananlara isə tezliklə şəfa diləyirəm. Eyni zamanda ehtiyac anında yaralılara qan verməyə hazır olan fədakar insanlara səmimi qəlbdən təşəkkür edirəm. Sun, 27 Apr 2025 21:22:00 +0330 .. /news/7011 Ayətullah Xameneinin Dünya Qüds Günü ərəfəsində televiziya müraciəti https://azeri.khamenei.ir/news/6980 İslam İnqilabının rəhbəri Ayətullah Xamenei Dünya Qüds Günü ərəfəsində televiziya müraciətində builki yürüşün əvvəlki illərə nisbətən daha əhəmiyyətli olduğunu vurğulayaraq bildirdi: "İnşallah, builki yürüş Qüds Gününün ən yaxşı, ən möhtəşəm və ən izzətli yürüşlərindən biri olacaq." Thu, 27 Mar 2025 21:41:00 +0330 .. /news/6980 İslam İnqilabı Rəhbərinin 1404-cü hicri şəmsi ilinin başlanması münasibətilə verdiyi mesaj https://azeri.khamenei.ir/news/6977 İslam İnqilabı Rəhbəri Həzrət Ayətullah Xamenei 1404-cü hicri şəmsi ilinin başlanması münasibətilə verdiyi mesajda yeni ili "İstehsal üçün sərmayə yatırımı" ili adlandırdı. Thu, 20 Mar 2025 14:00:00 +0330 .. /news/6977 Şəhid Seyid Həsən Nəsrullah və şəhid Seyid Haşim Səfiyəddinin dəfn mərasiminin təşkil olunması münasibətilə https://azeri.khamenei.ir/news/6948 Düşmən bunu bilsin ki, müqavimət işğal, zülm və imperializmin müqabilində sona çatan deyil və Allahın izni ilə, hədəfə çatana qədər davam edəcəkdir. Sun, 23 Feb 2025 15:05:00 +0330 .. /news/6948 İki tanınmış hakim Şeyx Əli Razini və Şeyx Məhəmməd Müqeysənin şəhadəti ilə bağlı İnqilab Rəhbərinin başsağlığı mesajı https://azeri.khamenei.ir/news/6871 İki tanınmış hakim Höccətül-İslam vəl-müslimin hacı Şeyx Əli Razini və Hacı Şeyx Məhəmməd Müqeysənin şəhadəti ilə bağlı İnqilab Rəhbərinin başsağlığı mesajı. Sat, 18 Jan 2025 22:55:00 +0330 .. /news/6871 İslam İnqilabı Rəhbərinin ölkə üzrə keçirilən 31-ci namaz iclasına mesajı https://azeri.khamenei.ir/news/6845 Həzrət Ayətullah Xamenei ölkə üzrə keçirilən 31-ci namaz iclasına göndərdiyi mesajda Höccətül-İslam vəl-Müslimin Möhsün Qiraətinin ixlasla gördüyü fəaliyyətlərini təqdir etdi. Həmçinin İnqilab Rəhbəri namaz qılanları namazı vaxtında qılmağa, onun qəlb və ruha, həmçinin fərdi və ictimai təsirini artırmaq üçün (Allaha) diqqəti və hüzuri-qəlbi qorumağa çağırmışdır. O, bu tövsiyələri xüsusilə daha çox gənclərə ünvanlamışdır. Wed, 25 Dec 2024 10:55:00 +0330 .. /news/6845 İslam İnqilabı Rəhbərinin mücahid, rəşadətli və fədakar olan Seyid Haşim Səfiəddinin şəhadəti münasibətilə verdiyi mesajı https://azeri.khamenei.ir/news/6774 Onun, digər komandirlərin və Nəsrullah mehvəri mücahidlərinin şücaəti və fədakarlığı cənubi Litani, Sur və həmin bölgənin digər şəhərlərinin qəsb olunma və işğal altına keçmə təhlükəsini aradan qaldıraraq onların qəsb olunmuş Fələstinə birləşdirilməsinin qarşısını aldı və bu ölkənin ərazi bütövlüyünü qorumaq üçün Hizbullahın canını, malını və dəyərli abırını ortaya, təcavüzkar və cinayətkar sionist rejimi isə nakam qoydu. Thu, 24 Oct 2024 23:54:00 +0330 .. /news/6774 İslam İnqilabı Rəhbərinin qəhraman mücahid və komandir Yəhya Əl-Sinvarinin şəhadəti münasibətilə ünvanladığı mesajı https://azeri.khamenei.ir/news/6771 HƏMAS diridir və diri də qalacaqdır. Sat, 19 Oct 2024 16:05:00 +0330 .. /news/6771 İnqilab Rəhbərinin övladlarının Livan yaralılarına baş çəkməsi https://azeri.khamenei.ir/news/6758 Həzrət Ayətullah Xameneinin övladları Tehrana gələn bəzi Livan Hizbullah İslam müqaviməti döyüşçüləri və yaralılarına O Həzrətin nümayəndələri olaraq baş çəkiblər.  Thu, 03 Oct 2024 20:12:00 +0330 .. /news/6758 Xumsun İmam Zamana (ə) çatacaq səhminin (payının) yarısını Livanın cənubundakı məzlum xalqın istifadə etməsi üçün İnqilab Rəhbərinin icazəsi https://azeri.khamenei.ir/news/6755 Sionist rejimin Livanın cənubuna vəhşicəsinə hücumları nəticəsində bu bölgənin məzlum, ...... Wed, 02 Oct 2024 19:51:00 +0330 .. /news/6755 İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin Livan Hizbullahının şəhid Baş katibi Höccətül-İslam vəl-Müslimin Seyid Həsən Nəsrullahın şəhadəti münasibəti ilə verdiyi mesaj https://azeri.khamenei.ir/news/6744 İslam dünyası əzəmətli şəxsiyyəti, müqavimət cəbhəsi görkəmli bayraqdarını və Livan Hizbullahı nadir bir başçısını itirdi, lakin onun on illər boyu tədbir və cihadının bərəkəti aradan getməyəcəkdir. Sat, 28 Sep 2024 21:55:00 +0330 .. /news/6744 İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei son Livan hadisələri haqda mesaj ünvanlayıb https://azeri.khamenei.ir/news/6743 Livanda müdafiəsiz insanların qətliamı bir tərəfdən quduz sionis itin yırtıcılığını hamı üçün məlum etdi və digər tərəfdən də qəsbkar sionist rejim başçılarının dayaz düşüncə və axmaqcasına siyasətə sahib olmasını sübuta yetirdi. Sat, 28 Sep 2024 15:04:00 +0330 .. /news/6743 Təbəs daş kömür mədənində baş verən faciə münasibətilə başsağlığı mesajı https://azeri.khamenei.ir/news/6741 İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei Təbəsdə mədənin partlaması ilə bağlı kədərli hadisə və bir neçə işçinin dünyasını dəyişməsi münasibətilə dağ görmüş ailələrə başsağlığı mesajı ilə yanaşı işçilərə yardım üçün maksimum səy göstərilməsinin vacibliyini vurğulayıb. Sun, 22 Sep 2024 23:58:00 +0330 .. /news/6741 İnqilab Rəhbərinin 2024-cü il Paris Olimpiadasında iştirak edən İran idman komandasına təşəkkür mesajı https://azeri.khamenei.ir/news/6699 Ayətullah Xamenei 2024-cü il Paris Olimpiya Oyunlarında İranın idman komandasının işinin başa çatması münasibətilə Milli Olimpiya Komitəsinin rəhbərinin hesabatı üzrə verdiyi mesajda ölkənin idmançılarına, federasiya rəhbərlərinə və məşqçilərinə təşəkkür edib. Mon, 12 Aug 2024 22:55:00 +0330 .. /news/6699 İslam İnqilabının Rəhbərinin böyük mücahid İsmayıl Haniyənin şəhadəti ilə bağlı mesajı https://azeri.khamenei.ir/news/6685 O, Allah və Allah bəndələrinin nicatı yolunda şəhid olmaqdan qorxmurdu, lakin biz İslam Respublikasında baş vermiş bu acı və ağır hadisədə onun qanının intiqamını almağı özümüzə vəzifə bilirik. Wed, 31 Jul 2024 11:15:00 +0330 .. /news/6685