rss https://azeri.khamenei.ir/feed/service/13522 az Səfirliyin işğalı ABŞ hökumətinin əsl mahiyyətini ortaya qoydu https://azeri.khamenei.ir/news/7369 Tarixi baxımdan, şübhəsiz ki, ölkənin gələcək tarixində bu gün, şübhəsiz ki, xalq üçün qürur və zəfər günü olacaq. Bu elə bir gündür ki, gənclərimiz şücaət sərgilədilər, dünya siyasətçilərinin qorxduğu bir qüdrətin qarşısında. Cürət etdilər, qorxmadılar, onun səfirliyinə hücum etdilər, bir məntiqlə, bir səbəblə, bir dəlillə ki, indi mən izah edəcəyəm.  Bu gün iftixar olunası bir gündür. Bu gün qələbə günüdür. 13 aban (4 noyabr 1979) tarixi baxımdan belə bir gündür. 13 aban elə bir gündür ki, tələbələrimiz gedib ABŞ səfirliyini ələ keçirdilər. Bu, tariximizdə, milli yaddaşımızda qalmalı olan günlərdən biridir, unudulmamalıdır, xalqımızın hamısı ondan xəbərdar olmalıdır.  Şükür ki, ölkədə məlumat mənbələri də mövcuddur və həmin günün bir çox məsələlərini müxtəlif kitablarda və bu mövzuyla bağlı xüsusi yazılmış kitablarda oxumaq və öyrənmək olar. Bu, tarixi cəhətdəndir. Amma kimlik baxımından: bu daha önəmlidir.  Səfirliyin ələ keçirilməsi ABŞ-ın həqiqi kimliyini aşkara çıxardı. İslam hərəkatının və İslam inqilabının həqiqi və mahiyyət etibarilə kimliyini də aydınlaşdırdı və müəyyən etdi. Bu hadisənin kimlik təsiri budur.  Wed, 12 Nov 2025 23:15:00 +0330 .. /news/7369 Mərhəmət Mələyi https://azeri.khamenei.ir/news/7351 Tibb bacısı xəstənin mərhəmət mələyidir, bu, tamamilə həqiqi bir ifadədir və bunda heç bir mübaliğə yoxdur. Tibb bacısı, əslində, xəstənin dərd ortağı, onu oxşayan və ona aramlıq bəxş edən bir şəxsdir, bu, olduqca mühüm roldur. İslamda şəfqət, həmrəylik və mərhəmət əsas göstərişlərdəndir. Qurani-Kərim belə buyurur “Ruhəmau bəynəhum”, yəni onlar bir-birinə qarşı mehriban və mərhəmətlidirlər, Tibb bacıları bu iş üçün həm özlərini, həm də ruhiyyələrini hazırlayırlar. Yorulurlar da, çünki bu iş çox yorucudur, lakin buna baxmayaraq dözürlər. Bu, İslamın ən mühüm dəyərlərindən və tövsiyələrindən biridir. Həqiqətən də, bir insanın ağrısını azaltmaq üçün göstərilən səy insan həyatının ən gözəl mənzərələrindən biridir.   Fədakar Qəzza tibb bacılarına ithaf olunur. 20.12.2020 Tue, 28 Oct 2025 23:15:00 +0330 .. /news/7351 Hansı müzakirə? https://azeri.khamenei.ir/news/7338 Müzakirəyə dəvət və müzakirədən bəhs etmək ictimai rəyi aldatmaq üçündür. Amerika Prezidenti ki deyir biz İranla müzakirə etməyə hazırıq, mənim fikrimcə, bu, dünyanın ictimai rəyini aldatmaqdır. Bunun mənası budur ki, biz müzakirə tərəfdarıyıq, müzakirə və sülh etmək istəyirik, dava-dalaş olmasın, amma İran müzakirə etmək istəmir. Yaxşı, İran niyə müzakirə etmək istəmir? Biz oturub bir neçə il müzakirə apardıq, bu şəxs tam şəkildə yekunlaşmış və imzalanmış müzakirəni danışıq masasından kənarlaşdırıb cırdı. Bu adamla necə müzakirə aparmaq olar?   Müzakirədə insan əmin olmalıdır ki, qarşı tərəf öhdəliklərinə əməl edəcək. Biləndə ki, əməl etməyəcək, hansı müzakirədən söz gedir? Sun, 05 Oct 2025 09:30:00 +0330 .. /news/7338 Həzrət Məhəmməd (s) Qəzzanın çəkdiyi əziyyətdən narahat olur. https://azeri.khamenei.ir/news/7336 Peyğəmbərin ictimai şəxsiyyətində yüzlərcə dərs var. Bu dərslərdən biri... bu mübarək ayənin məzmunudur ki, buyurdu: “Həqiqətən, sizə özünüzdən bir Peyğəmbər gəldi və sizin əziyyət çəkməyiniz ona ağır gəlir. O, sizə qarşı çox qayğıkeşdir, möminlərə qarşı isə mehriban və rəhimlidir”. (9:128) Mən “Sizin əziyyət çəkməyiniz ona ağır gəlir…” məsələsini vurğulayıram. Buyurur: Sizin əziyyət çəkməyiniz onun üçün dözülməzdir, onun üçün çətindir. Sizin əziyyət çəkməyinizdən Peyğəmbər də əziyyət çəkir. Şübhəsiz ki, bu, yalnız Peyğəmbərin yaşadığı dövrdəki müsəlmanlarına aid deyil, tarix boyu bütün möminlərə xitabdır, yəni bu gün əgər siz Fələstində əziyyət çəkirsinizsə, bilin ki, bu əziyyət Peyğəmbərin pak ruhunu da əziyyət və zəhmətə salır. Bizim Peyğəmbərimiz bu cürdür. 14.10.2022 Tue, 30 Sep 2025 15:15:00 +0330 .. /news/7336 Ədalətlə olan sülh https://azeri.khamenei.ir/news/7333 “Əmin” – Fars şeir və ədəbiyyatı Həzrət Ayətullah Xameneinin baxışında Bu dövrdə fars ədəbiyyatının dirçəldilməsi sahəsində görülən ən yaxşı və davam edə biləcək işlərdən biri Şəhriyar kimi bir şəxsiyyətin xatirəsinin uca anılmasıdır. Şəhriyar (Allah ona rəhmət eləsin) fars ədəbiyyatımızın uzun dövründə görkəmli şairlərdən biridir. Biz iranlılar üçün Şəhriyar ədəbi bir fəxr mənbəyidir. Mənim özümün Şəhriyarla tanışlığım gənclik dövrümə təsadüf edir. Çünki dini bir musiqi səsləndirən, yəni bir mərsiyə oxuyan, həm də çox xoş səsi olan biri bir məclisdə “Əli ey humaye–rəhmət” şeirini çox xoş səsi ilə oxudu, belə ki, bundan əvvəl biz Əmirəlmöminin (Əli əleyhissalam) haqqında belə bir şeir eşitməmişdik.   Həm söz gözəl idi: Əli ey hümaye – rəhmət, ələm eyləyən Xudanı O huma ki, sayəsində edər hifz masəvanı Söz şirin, səlis və insanın zehnini dolduran bir sözdür.   Həm məzmun yeni bir məzmun idi: be coz əz Əli ke quyəd ke qatele -mən Ço əsire – tost əknun, be əsir kon modara. Yəni mən 14–15 yaşımda Şəhriyarın adı ilə tanış olmuşam. və Şəhriyarın divanının ardınca getdim və onun digər şeirləri ilə də tanış oldum. 17.09.2006   Mən bəlkə gəncliyimin əvvəllərində şeirlə tanış olanda Şəhriyarın adı ilə tanış oldum. Onun divanını, zənnimcə, hələ bir və ya iki cildi çap edilmişdi, Məşhəddə kitabxanadan götürüb oxudum 20.07.1987   Hər halda, Şəhriyar çox böyük bir şairdir. Onun uca tutmaq, həqiqətən, fars şeiri və fars ədəbiyyatının ucaldılmasıdır. Bundan əlavə, Şəhriyarın özü də, mənim fikrimcə, onun zehninin məhsulu olan şeiri nəzərə almasaq belə, görkəmli bir şəxsiyyətdir. 17.09.2006   Həzrət Ayətullah Xamenei Fri, 26 Sep 2025 11:18:00 +0330 .. /news/7333 Şəhriyar, fars ədəbiyyatının fəxri https://azeri.khamenei.ir/news/7325 “Əmin” – Fars şeir və ədəbiyyatı Həzrət Ayətullah Xameneinin baxışında Bu dövrdə fars ədəbiyyatının dirçəldilməsi sahəsində görülən ən yaxşı və davam edə biləcək işlərdən biri Şəhriyar kimi bir şəxsiyyətin xatirəsinin uca anılmasıdır. Şəhriyar (Allah ona rəhmət eləsin) fars ədəbiyyatımızın uzun dövründə görkəmli şairlərdən biridir. Biz iranlılar üçün Şəhriyar ədəbi bir fəxr mənbəyidir. Mənim özümün Şəhriyarla tanışlığım gənclik dövrümə təsadüf edir. Çünki dini bir musiqi səsləndirən, yəni bir mərsiyə oxuyan, həm də çox xoş səsi olan biri bir məclisdə “Əli ey humaye–rəhmət” şeirini çox xoş səsi ilə oxudu, belə ki, bundan əvvəl biz Əmirəlmöminin (Əli əleyhissalam) haqqında belə bir şeir eşitməmişdik.   Həm söz gözəl idi: Əli ey hümaye – rəhmət, ələm eyləyən Xudanı O huma ki, sayəsində edər hifz masəvanı Söz şirin, səlis və insanın zehnini dolduran bir sözdür.   Həm məzmun yeni bir məzmun idi: be coz əz Əli ke quyəd ke qatele -mən Ço əsire – tost əknun, be əsir kon modara. Yəni mən 14–15 yaşımda Şəhriyarın adı ilə tanış olmuşam. və Şəhriyarın divanının ardınca getdim və onun digər şeirləri ilə də tanış oldum. 17.09.2006   Mən bəlkə gəncliyimin əvvəllərində şeirlə tanış olanda Şəhriyarın adı ilə tanış oldum. Onun divanını, zənnimcə, hələ bir və ya iki cildi çap edilmişdi, Məşhəddə kitabxanadan götürüb oxudum 20.07.1987   Hər halda, Şəhriyar çox böyük bir şairdir. Onun uca tutmaq, həqiqətən, fars şeiri və fars ədəbiyyatının ucaldılmasıdır. Bundan əlavə, Şəhriyarın özü də, mənim fikrimcə, onun zehninin məhsulu olan şeiri nəzərə almasaq belə, görkəmli bir şəxsiyyətdir. 17.09.2006   Həzrət Ayətullah Xamenei Wed, 24 Sep 2025 14:18:00 +0330 .. /news/7325 Fələstin probleminin həlli ümumxalq səsverməsinə qədər müqavimət göstərməkdir https://azeri.khamenei.ir/news/7315 Fələstin probleminin həlli: Ümumxalq səsverməsinə qədər müqavimət göstərməkdir Mon, 15 Sep 2025 21:30:00 +0330 .. /news/7315 İki ildən az müddətə 20 min uşaq https://azeri.khamenei.ir/news/7265 Sionist rejimi İki ildən az bir müddətdə təxminən iyirmi min uşağı şəhid edib və onların ata və analarını yasa boğub. Amma insan hüquqları şüarı verənlər bunu seyr edirlər. Sat, 16 Aug 2025 22:20:00 +0330 .. /news/7265 Zeynəb nəvayə gəldi https://azeri.khamenei.ir/news/7217 İnqilab Rəhbəri 26.07.2000-ci  il tarixdə Ərdəbil vilayətinə səfəri zamanı bu vilayətin yüksək istedadlı elmi şəxslərinin iştirakı ilə keçirilən görüşdə İmam Hüseyn əleyhissəlamın məqamını vəsf edərək azəri dilində şeir və rövzə oxudu. Şeirin mətni:Ay batdı, sübh açıldı, Zeynəb nəvayə (sözə) gəldi, Zəhra dedi Hüseyn vay, aləm sədayə (sözə) gəldi. Sonra deyir ki, "Hüseyn qətlə yetirildi" adıyla məşhur oldu: Cənnatidən eşitdi Peyğəmbəri-gerami (dəyərli), nəleyinsiz (ayaqqabısız), əbasız Kərbü-bəlayə gəldi. Daha sonra bu hissəyə gəlib yetişir: Yel əsdi, gün tutuldu, zülmət fəzaya (hər yeri bürüdü) gəldi.​ Sun, 06 Jul 2025 18:37:00 +0330 .. /news/7217 İnqilab Rəhbərinin 1447-ci ilin Məhərrəm ayı Aşura gecəsi əzadarlıq mərasimi üçün İmam Xomeyninin hüseyniyyəsinə daxil olduğu an https://azeri.khamenei.ir/news/7216 Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 05.07.2025-cü il tarixdə şənbə hicri-qəməri təqvimi ilə 1447-cı ilin Məhərrəm ayının 10-ci gecəsi, İnqilab Rəhbərinin və Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi. Sat, 05 Jul 2025 22:15:00 +0330 .. /news/7216 Kömək yalnız yenilməz və hikmətli Allahdandır https://azeri.khamenei.ir/news/7176 “Kömək yalnız yenilməz və hikmətli Allahdandır” (“Ali-İmran”, ayə 126). Allah-təala İran xalqını, həqiqəti və haqqı mütləq və qəti şəkildə qalib edəcək, inşəallah.​ Tue, 24 Jun 2025 22:00:00 +0330 .. /news/7176 Sionist rejimin Qəzzada törətdiyi soyqırım nəticəsində təxminən 60 min fələstinli qətlə yetirilib https://azeri.khamenei.ir/news/7178 Heç bir dövlət və heç bir xalq Fələstini İran xalqı və İran dövləti kimi müdafiə etməmişdir. 15.01.2007 Tue, 24 Jun 2025 11:00:00 +0330 .. /news/7178 Biz döyüş meydanına doğru uçaraq gedirik. https://azeri.khamenei.ir/news/7177 Bu məğrur,cahil və təəssübkeş Bu gün öz ayağı ilə qəbrinin qazıldığı mübarizə meydanına qədəm qoyub. Bütün xalq hazırdır, hamımız vuruşacağıq. Xalqımız Əli ibn Əbu Talibin bu kəlamına inanıb. O Həzrət İslam döyüşçülərinə xitabən buyurdu: İzzət və şərəflə ölüm, zillət və alçaqlıqla yaşamaqdan üstündür. Qəbul edib və razılaşıb ki, əgər güclü hegemonların hökmranlığı altında məğlub halda sağ qalsa, həqiqətdə ölüdür. Əgər qanına boyana, lakin hegemon güclərin qanlı caynağını kəsmiş olarsa, onda diridir. Biz illərdir döyüş meydanını sınaqdan keçirmişik. Biz döyüş meydanına doğru uçaraq gedirik. Bizim döyüş meydanına getməyimizdə məğlubiyyət yoxdur. Allah məğlubiyyət yolunu üzümüzə bağlayıb. Təyyarəni nəzərə aldılar, amma millətləri nəzərə almadılar. Bizi bütün tağut rejimlərindən fərqləndirən şey məhz budur. Bizim gücümüz iman gücü, Allahın gücü və insan gücüdür. Bu güc məhv olmaz bir gücdür. Allahın nişanəsinin zahir olması nəzərdə tutulub  Ey Allahın əsgərləri, qərar verilib ki, hegemon güclərin ərazilərini fəth etməyə gedək. Müharibə bizim üçün müqəddəs və mübarək bir işdir. Tue, 24 Jun 2025 01:20:00 +0330 .. /news/7177 İslam İnqilabı Rəhbərinin sionist rejimin İrana təcavüzü ilə bağlı İran xalqına ünvanladığı televiziya müraciəti https://azeri.khamenei.ir/news/7179 Bağışlayan və mehriban Allahın adı ilə   İranın əzəmətli xalqını salamlayıram. Sözümün əvvəlində vurğulamaq istədiyim məsələ son günlərdə düşmənlərin ölkəmizə qarşı törətdiyi hadisə qarşısında əziz xalqımızın nümayiş etdirdiyi mövqeyə görə onu təqdir etmək və alqışlamaqdır. İran xalqı göstərdi ki, həm təmkin sahibidir, həm şücaətlidir, həm də zamanın dəyərini yaxşı bilir.   Qədir-Xum bayramı günündə xalqın dünyaya nümayiş etdirdiyi bu möhtəşəm davranış çox böyük bir hərəkət idi. Son bir neçə gündə xalqın təşkil etdiyi yığıncaqlarda, yürüşlərdə, cümə namazlarında və namazdan sonrakı yürüşlərdə fəal iştirakı – bütün bunlar İran xalqının yetkinliyini, eləcə də bu əziz xalqımızda ağıl və mənəviyyat, şücaət və zamanın düzgün qiymətləndirilməsinin bir araya gələrək vəhdət təşkil etdiyini göstərdi. Allaha şükür edirəm ki, bu mömin xalqı həm mənəvi, həm də maddi imkanlar baxımından bu səviyyəyə çatdırıb.   Bu məqamda televiziyanın xanım aparıcısının düşmən hücumu qarşısında sərgilədiyi gözəl və dərin mənalı davranışı qeyd etməyi zəruri sayıram: “Allahu-Əkbər” demək və bir növ xalqın güc və qüdrətini bütün dünyaya nümayiş etdirməklə tarixə düşəcək və çox dəyərli bir hadisə baş verdi.   İkinci məsələ budur ki, sionist rejimin ölkəmizə qarşı axmaqcasına və xəbiscəsinə hücumu belə bir vaxtda baş verdi ki, dövlət rəsmiləri amerikalı tərəflə dolayı və birbaşa olmayan danışıqlarla məşğul idilər. İran tərəfindən heç bir əlamət yox idi ki, bu, hərbi və ya sərt və kəskin bir addımın atılacağından xəbər versin.   Əlbəttə, əvvəlcədən də ehtimal edilirdi ki, bu xəbiscəsinə hücumda sionist rejim tək deyil və Amerika da bu planın içindədir, lakin bu son günlərdə amerikalıların dediyi sözlər bu ehtimalı gündən-günə daha da gücləndirir.   İran xalqı necə ki indiyədək təhkim edilmiş müharibə qarşısında möhkəm dayanıb, eləcə də təhkim edilmiş sülh qarşısında da möhkəm dayanacaq. İran xalqı təhkim qarşısında heç kəsə təslim olmaz.   Mən düşüncə, söz və qələm sahiblərindən, xüsusilə də beynəlxalq ictimaiyyətə çıxış imkanına malik olan şəxslərdən gözləntim var ki, bu anlam və məfhumları bəyan və təbyin etsinlər, bunları müxatəblərə aydın şəkildə çatdırsınlar, düşmənin aldadıcı təbliğatı ilə həqiqəti əksinə göstərməyə imkan verməsinlər.   Sionist düşmən böyük bir səhvə yol verib, böyük bir cinayət törədib və mütləq şəkildə cəzalandırılmalıdır və hal-hazırda da cəzalandırılır. İran xalqı və Silahlı Qüvvələrimizin bu xəbis düşmənə qarşı həyata keçirdiyi və keçirməkdə olduğu, gələcək üçün də nəzərdə tutduğu cəza çox ağırdır və bu, artıq onu zəifləməyə düçar edib. Məhz amerikalı dostlarının səhnəyə daxil olması və çıxışlar etməsi də onun zəifliyi və acizliyinin bir göstəricisidir.     Sonuncu məsələ də budur ki, son vaxtlar Amerika Prezidenti hədələyici dillə danışmağa başlayıb və bizi hədələyir. Həm hədələyir, həm də qəbulolunmaz və bayağı ifadələrlə İran xalqına açıq şəkildə deyir ki, gəlin mənə təslim olun! İnsan bu kimi sözləri görəndə, doğrudan da, təəccüblənir. Əvvəla, hədə-qorxunu elə adama edərlər ki, onların hədəsindən qorxsun. İran xalqı sübut edib ki, təhdid edənlərin təhdidləri qarşısında qorxuya düşmür. Ayədə buyurulur: “Süstləşməyin və kədərlənməyin! Əgər möminsinizsə, üstün olan sizsiniz” (“Ali-İmran”, ayə 139). İran xalqının buna etiqadı var. Təhdid İran xalqının davranışına və düşüncəsinə heç bir təsir göstərmir. İkincisi, İran xalqına “Gəlin təslim olun” demək ağıllı söz deyil. İranı, onun xalqını və tarixini tanıyan ağıl sahibləri heç vaxt belə bir sözü dilə gətirməzlər. Nəyə təslim olsunlar? İran xalqı təslim olan deyil. Biz heç kimə hücum etməmişik və heç bir halda heç kimin təcavüzünü də qəbul etmərik, heç kimin təcavüzü qarşısında təslim olmarıq. Bu, İran xalqının məntiqidir, bu, İran xalqının ruhiyyəsidir.   Əlbəttə, amerikalılar və bu bölgənin siyasətilə tanış olanlar bilirlər ki, Amerikanın bu məsələyə müdaxiləsi yüz faiz onun ziyanına olacaq. Bu zəmində o, İrana mümkün dəyə biləcək zərərdən qat-qat artıq zərər görəcək. Əgər Amerika bu sahədə hərbi müdaxiləyə əl atsa, onun görəcəyi zərər, heç şübhəsiz, bərpası mümkün olmayan bir zərər olacaq.   Mən əziz xalqımıza deyirəm ki, bu mübarək ayəni hər zaman yadınızda saxlayın. Şükürlər olsun, həyat normal axarında davam edir. Qoymayın düşmən elə hiss etsin ki, siz ondan qorxursunuz, zəiflik hissi keçirirsiniz. Əgər düşmən sizin ondan qorxduğunuzu hiss etsə, daha yaxanızı buraxmayacaq. Bu günə qədər necə davranırdınızsa, elə həmin formada da güclü şəkildə davam edin. Xidmət sahələrində çalışanlar, xalqla ünsiyyətdə olanlar, təbliğat və təbyin işi aparanlar işlərini güclü şəkildə davam etdirsinlər və Allah-təalaya təvəkkül etsinlər. “Kömək yalnız yenilməz və hikmətli Allahdandır” (“Ali-İmran”, ayə 126). Allah-təala İran xalqını, həqiqəti və haqqı mütləq və qəti şəkildə qalib edəcək, inşəallah.   Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun 18.06.2025 Wed, 18 Jun 2025 15:00:00 +0330 .. /news/7179 Şübhəsiz, həyat sionistlər üçün acı olacaq https://azeri.khamenei.ir/news/7072 Şübhəsiz, həyat sionistlər üçün acı olacaq Biz heç vaxt bu və ya digərləri ilə qarşıdurma və toqquşmalara ilk başlayan olmamışıq. Amma əgər kimsə xəbislik edib bu işi başlatsa, bilməlidir ki, ağır sillələr yeyəcək… Həyat onlar üçün acı olacaq, şübhəsiz. Elə düşünməsinlər ki, vurdular və bununla da bitdi, xeyr. Sat, 14 Jun 2025 20:00:00 +0330 .. /news/7072 Biz onlarla heç bir güzəştə getməyəcəyik https://azeri.khamenei.ir/news/7075 Bağışlayan və mehriban Allahın adı ilə Əziz və böyük millətimizə salamımı çatdırıram. Əziz generalların, alimlərin və eləcə də bir sıra mülki vətəndaşların şəhadəti, hərçənd hamımız üçün ağırdır, bu münasibətlə İran xalqına və onların ailələrinə həm təbrik, həm də başsağlığı verirəm. Ümid edirik ki, inşallah, Allah-təala onların məqamını yüksəltsin və pak ruhlarını öz xüsusi mərhəmətinə şamil etsin. Lakin əziz millətimizlə bölüşmək istədiyim məsələ budur ki, sionist rejim böyük bir səhvə yol verdi, qələt etdi və bunun nəticələri, Allahın izni ilə, onları aciz duruma salacaq. İran xalqı öz dəyərli şəhidlərinin qanını yerdə qoymayacaq, ölkəsinin hava məkanına edilən təcavüzə göz yummayacaq. Silahlı qüvvələrimiz tam hazır vəziyyətdədir və ölkə rəsmiləri, xalqın bütün təbəqələri onların arxasındadır. Bu gün ölkənin bütün siyasi cərəyanları və müxtəlif təbəqələri oxşar mövqedən çıxış etdilər. Hamı dərk edir ki, bu xəbis kimliyə malik olan rəzil və terrorist sionistə qarşı qüdrətlə hərəkət etmək lazımdır. Qüdrətlə hərəkət edilməlidir və inşallah, belə də olacaq. Biz onlarla heç bir güzəştə getməyəcəyik. Onlar üçün həyat, şübhəsiz, acı olacaq. Xeyr, elə düşünməsinlər ki, vurdular və bununla da bitdi. Xeyr. Bu işi onlar başladılar və müharibəyə yol açdılar. Biz onlara bu böyük cinayətdən sonra salamat çıxmağa imkan verməyəcəyik. Şübhəsiz, İran İslam Respublikasının Silahlı Qüvvələri bu xəbis düşmənə ağır zərbələr endirəcək. Xalq da bizim arxamızdadır, Silahlı Qüvvələrin yanındadır və İran İslam Respublikası, Allahın izni ilə, sionist rejim üzərində üstünlük qazanacaq. Əziz xalqımız bu məsələni bilməli, əmin və xatircəm olmalıdır ki, bu sahədə heç bir səhlənkarlığa yol verilməyəcək. Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.   Seyid Əli Xamenei 13.06.2025 Fri, 13 Jun 2025 20:40:00 +0330 .. /news/7075 Sionist rejim aradan gedir https://azeri.khamenei.ir/news/7062 Sionist rejim qəti İlahi hökmən əsasən dağılmaq üzrədir və inşallah, çox çəkməyəcək. Sun, 08 Jun 2025 22:00:00 +0330 .. /news/7062 Bilsinlər, alınlarında ləkə kimi qalacaq https://azeri.khamenei.ir/news/7061 Həzrət Ayətullah Xameneinin İmam Xomeyninin 36-cı ildönümündə etdiyi çıxışı. Bu çıxışda o Həzrət sionist rejimin aradan getmək üzrə olduğunu vurğuladı. Fri, 06 Jun 2025 22:00:00 +0330 .. /news/7061 Biçarə olacaqsınız https://azeri.khamenei.ir/news/7074 Xəbis sionist düşmənə ağır zərbələr Mon, 02 Jun 2025 22:20:00 +0330 .. /news/7074 Bu gün sionist rejimin qabaqlayıcı qüdrəti başa çatıb https://azeri.khamenei.ir/news/7077 Bu gün sionist rejimin qabaqlayıcı qüdrəti başa çatmışdır. Bu, onillər əvvəl, təqribən, altmış il öncə bu rejimin əsas qurucularından və ilk Baş nazirlərindən biri olan Ben Qurionun xəbərdarlıq etdiyi məsələ idi. O demişdi ki, nə vaxtsa bizim qabaqlayıcı qüdrətimiz tükənsə, rejimimiz süqut edəcək. İndi isə həmin qabaqlayıcı qüdrət ya başa çatıb, ya da bitmək üzrədir.​ Mon, 02 Jun 2025 22:20:00 +0330 .. /news/7077 Şeytanı tanı və vur! https://azeri.khamenei.ir/news/7045 Doğru Hac, insanlığa hizmettir; sadece kendinize hizmet değildir. Hacda olan tüm bu ibadetlerin her biri, sembolik bir yön taşır. İnsanî ve beşerî bir konuya işaret eder. Örneğin, Remy-i Cemarat [yani] şeytanı taşla, nerede olursa olsun, ne şekilde olursa olsun; şeytanı nerede bulursan bul, şeytanı ez; şeytanı tanı ve ez. Hem insan şeytanlarımız var hem cin şeytanlarımız var: “Böylece her peygamber için insan ve cin şeytanlarından düşmanlar kıldık; (onlardan) bazısı bazısına aldatmak için süslü sözler fısıldar...” (En’am, 112) işte bu Şeytan. Mon, 02 Jun 2025 16:00:00 +0330 .. /news/7045 Gələcəyin dünyası Fələstin dünyasıdır https://azeri.khamenei.ir/news/7035 Onlar bir millət üçün üç hadisə yaratdılar: onun torpağını qəsb etdilər  Bu işğalla yanaşı kütləvi sürgün həyata keçirdilər. Bu iki faciə kütləvi qırğınla müşayiət olundu, böyük bir insanlıq cinayəti baş verdi. Birinci Dünya Müharibəsinin qalib dövlətləri o günü Qərbi Asiya bölgəsini, yəni Osmanlı imperiyasının Asiya ərazilərini müharibənin ən mühüm qəniməti kimi Parisdəki konfransda öz aralarında bölüşdürərkən, bu bölgənin qəlbində daimi hökmranlıqlarını təmin edəcək təhlükəsiz bir bazaya hər zamankından artıq ehtiyac duyduqlarını hiss etdilər.... Wed, 28 May 2025 22:20:00 +0330 .. /news/7035 Dünya sionistlərin qarşısında dayanmalıdır https://azeri.khamenei.ir/news/7021 Bu gün xalqlara qarşı tətbiq olunan qərəzli siyasətlər vasitəsilə çalışılır ki, Fələstinlə bağlı məsələlər unudulsun... Zehnlər Fələstin məsələsindən yayınmamalıdır. Sionist rejimin Qəzza və Fələstində törətdiyi cinayətlər elə bir şey deyil ki, ona göz yummaq mümkün olsun. Bütün dünya qarşısında dayanmalıdır. Həm sionist rejimin özü qarşısında dayanmalıdır, həm də sionist rejimi dəstəkləyənlər qarşısında.  (Ölüm olsun Amerikaya!) Bəli! Siz məsələni düz təyin etmisiniz. Amerikalılar sözün əsl mənasında dəstək verirlər... Həqiqət budur ki, Fələstin və Qəzzanın məzlum xalqı bu gün təkcə sionist rejimlə üz-üzə deyillər, onlar Amerika və İngiltərə ilə də üz-üzədirlər. Wed, 14 May 2025 22:15:00 +0330 .. /news/7021 İnqilab Rəhbərinin işçilərlə görüş üçün İmam Xomeyni hüseyniyyəsinə daxil olma anı https://azeri.khamenei.ir/news/7020 “İstehsal üçün sərmayə yatırımı” ilində ölkənin hər yerindən olan minlərlə fəhlə 10.05.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşdülər. Sat, 10 May 2025 18:25:00 +0330 .. /news/7020 İslam İnqilabı Rəhbərinin Ayətullah Nuri Həmədaniyə xəstəxanada baş çəkməsi https://azeri.khamenei.ir/news/7015 İslam İnqilabı Rəhbərinin bu gün 05.05.2025-ci il tarixdə günorta saatlarında Ayətullah Nuri Həmədaniyə baş çəkməsi İslam İnqilabı Rəhbəri Ayətullah Nuri Həmədaniyə xitabən belə dedi: "İnşallah, bəla uzaq olsun, cənab! Allah sizə şəfa versin, inşallah. Biz sizi görmək istəyirik, lakin xəstəxanada yox. Allah, inşallah, sizə tam və tezliklə şəfa versin və sizi qorusun". Bu gün axşam saatlarında İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Tehranın xəstəxanalarının birində Həzrət Ayətullah Nuri Həmədaniyə baş çəkib və onun müalicə prosesinin gedişi ilə yaxından tanış oldu. Mon, 05 May 2025 22:20:00 +0330 .. /news/7015