Hicab

2023 dekabr
Qərb sivilizasiyasının qadınlara yanaşması iki amilldə xülasələşir: mənfəət və ləzzət almaq. İslamın qadın məsələsinə yanaşması isə bunun tam əksidir, insan kəramətinin qorunması məsələsidir.
27/12/2023
noyabr
Hicab (bütün müsəlmanların qəbul etdiyi) şəri bir vacibdir. Yəni hicabın dini bir vacib olmasında heç bir şəkk-şübhə yoxdur. Bunu hər kəs bilməlidir.
29/11/2023
avqust
Avropalıların yenicə sənayeləri yaratdıqları o gün–19-cu əsrin əvvəllərində Qərb sərmayədarları tərəfindən bir çox zavodların ixtira edildiyi o gün onlar ucuz, gözləntisi olmayan və problem yaratmayan işçi qüvvəsinə ehtiyac duydular və “Qadın azadlığı” (şüarını) o gündən etibarən zümzümə etməyə başladılar. Səbəb də qadını ailələrin içərisindən çıxarıb zavodlara tərəf çəkməkdən, ondan ucuz işçi ünvanında istifadə etməkdən, öz ciblərini pulla doldurmaqdan və qadını öz kəramət və məqamından salmaqdan ötrü idi. Bu gün Qərbdə “Qadın azadlığı” kimi qəbul edilən, həmin hadisə və macəranın ardıdır. Qərb mədəniyyətində qadına olan zülmün və Qərb mədəniyyəti əsərləri və ədəbiyyatında qadın barəsində olan yanlış təsəvvürlər bütün tarix boyu görünməmiş bir hadisədir.
03/08/2023
fevral
İdman sahələrində də görürsünüz ki, qızlarımız idman meydanlarına çıxır, qəhrəman olur və İslami hicabla qızıl medal alırlar. Hicabı bundan yaxşı hansı yolla təbliğ etmək olar? Bu xanımlardan bəziləri gəlib qızıl medallarını mənə hədiyyə etdilər. Əlbəttə, özlərinə qaytarıram ki, (özlərində) saxlasınlar. Həqiqətən də, belə qadınlarla fəxr edirəm. Milyonlarla insanın kameralar arxasından gördüyü beynəlxalq bir arenada bu iranlı qız öz hicabı ilə ora gedərək, qızıl medalı götürür və ölkəsinin bayrağını yüksəldir. Bundan yaxşı və daha üstün hicab təbliği varmı? Müxtəlif sahələrdə, elm olimpiadalarında, ümumiyyətlə, hər yerdə qadınlar inkişaf ediblər.
18/02/2023
yanvar
Bəzilərinin iddiası bu idi ki, Qərbdə kişi və qadının münasibətlərində tam azadlığın olması kişilərin gözlərinin doymağı və bir daha cinsi zorakılıqlara yol verməyəcəyinə gətirib çıxaracaq. Günümüzdə nəinki bu baş vermədi, əksinə, cinsi şəhvət düşgünlüyü yüz qat artdı və müxtəlif cinsi fəsadlara səbəb oldu, bütün əxlaqi və insani sərhədləri pozub keçdi.
04/01/2023
Uca Allahın ananın qəlbində övladına qarşı qoyduğu məhəbbət bənzərsiz bir məhəbbətdir. Heç bir məhəbbət bu məhəbbətlə eyni deyildir.
04/01/2023
Uca Allahın ananın qəlbində övladına qarşı qoyduğu məhəbbət bənzərsiz bir məhəbbətdir. Heç bir məhəbbət bu məhəbbətlə eyni deyildir.
04/01/2023
Quran iki qadını bütün insanlar üçün nümunə göstərir. Biri Fironun həyat yoldaşı Asiya, digəri isə Məryəmdir. Quran kişiləri örnək kimi təqdim edən Qərb sivilizasiyasının tam əksinə olaraq, qadınları nümunə göstərir. (Qadınları da) təkcə qadınlar üçün deyil, əksinə, bütün insanlar üçün örnək göstərir.
04/01/2023
Qadın ailəni bütünlüklə əhatə edən hava kimidir. Yəni hava olmadıqda tənəffüs etmək mümkün olmadığı kimi, qadın da ailə mühitində belədir.
04/01/2023
Qadın ailəni bütünlüklə əhatə edən hava kimidir. Yəni hava olmadıqda tənəffüs etmək mümkün olmadığı kimi, qadın da ailə mühitində belədir.
04/01/2023